Menyu

Ana səhifəHaqqımızdaYardım çağırışlarıTanınmaGeyim dəstəyiYeniliklərProfil
Destekly logoDestekly
HaqqımızdaYardım çağırışlarıTanınmaGeyim dəstəyiYeniliklər
Donation calls background illustration

Destekly Yardım Çağırışları

Yardım Çağırışları

Dərhal və real ehtiyaclar üçün doğrulanmış yardım çağırışları.

12 yaşlı Nəzakətin rəsm çəkmək arzusunu birlikdə gerçəkləşdirək!

12 yaşlı Nəzakətin rəsm çəkmək arzusunu birlikdə gerçəkləşdirək!

Salam, mənim adım Nəzakətdir, 12 yaşım var. Rəsm çəkməyi çox sevirəm, amma fırçalarım, rəngli karandaşlarım və molbertim yoxdur. Üç qardaşım var. Anam bizə yemək almaq üçün bir neçə yerdə işləyir. Arzum öz rəsm ləvazimatlarımın olmasıdır. Mənə bunları hədiyyə etsəniz, çox sevinərəm. Gəlin, Nəzakətin kiçik arzusunu birlikdə gerçəkləşdirək! Hər bir ianə onun xəyalına bir addım daha yaxınlaşmasına kömək edəcək.

Toplanıb AZN 50.00 / AZN 50.00

Təşəkkür. Tam maliyyələşdirildi.

Balaca Ruqiyyənin Arzularını Birlikdə Gerçəkləşdirək!

Balaca Ruqiyyənin Arzularını Birlikdə Gerçəkləşdirək!

Salam, mənim adım Ruqiyyədir. 5 yaşım var. Mən böyüyəndə idmançı olmaq istəyirəm. Mənə qaşıq, santimetr, sancaq, manara, rezin, lent, kart, karandaş, yaşıl və ağ ip, düymə, dərzilik üçün kitab, ütü, toxuculuq sapı, parça ölçən xətkeş və yun sap hədiyyə etməyinizi istəyirəm. Bunları mənə hədiyyə etsəniz, çox sevinərəm. Gəlin, balaca Ruqiyyənin arzularını birlikdə gerçəkləşdirək! Onun istədiyi kiçik hədiyyələr böyük sevincə çevrilə bilər. Hər bir dəstəyiniz Ruqiyyənin yeni şeylər öyrənməsinə, bacarıqlarını inkişaf etdirməsinə və arzularına bir addım daha yaxınlaşmasına kömək edəcək. Birlikdə Ruqiyyənin üzündə təbəssüm yaradaq!

Toplanıb AZN 50.00 / AZN 50.00

Təşəkkür. Tam maliyyələşdirildi.

Balaca Xəlifədinin Arzularını Birlikdə Gerçəkləşdirək!

Balaca Xəlifədinin Arzularını Birlikdə Gerçəkləşdirək!

Salam, mənim adım Xəlifədi. 6 yaşım var. Mən rəsm çəkməyi çox sevirəm. İstəyirəm mənə rəsm albomu, karandaş, rəngli boya, sulu boya, molbert və fırçalar hədiyyə edəsiniz. Şahmat, futbol topu, rəsm çantası, eskiz dəftəri, rəssamlıq kitabı və digər rəsm ləvazimatları da istəyirəm. Mənə hədiyyə etsəniz, çox sevinərəm. Gəlin, balaca Xəlifədinin arzularını birlikdə gerçəkləşdirək! Onun kiçik dünyasını rəngləndirmək, üzündə təbəssüm yaratmaq və sevdiyi məşğuliyyətlə məşğul olmasına dəstək olmaq bizim əlimizdədir. Hər bir ianə Xəlifədinin arzularına bir addım daha yaxınlaşması deməkdir. Birlikdə bir uşağın sevincinə səbəb olaq!

Toplanıb AZN 50.00 / AZN 50.00

Təşəkkür. Tam maliyyələşdirildi.

Nərminə idman forması almağa dəstək olaq

Nərminə idman forması almağa dəstək olaq

“Salam, mənim adım Nərmindir. 11 yaşım var. Bədən tərbiyəsi dərsində müəllimə idman forması tələb edir. Mənim isə idman formam yoxdur. Bununla əlaqədar olaraq sizdən xahiş edirəm ki, mənə idman forması verəsiniz.” Gəlin Nərminin məktəb üçün ehtiyacı olan idman formasını almağa birlikdə dəstək olaq.

Toplanıb AZN 35.00 / AZN 35.00

Təşəkkür. Tam maliyyələşdirildi.

Aysunun təhsilinə dəstək olaq

Aysunun təhsilinə dəstək olaq

“Salam, mənim adım Aysudur. Mənim 12 yaşım var. Mən dərs oxumağı çox sevirəm və gələcəyim üçün İngilis dilindən hazırlığa getmək istəyirəm, amma anamın imkanı çatmır, o məni tək böyüdür. Həm anamdır, həm atam. Mənə dəstək olsanız, çox sevinərəm.” Aysuya dəstək olaq Aysu İngilis dili hazırlığına getmək istəyir, lakin ailəsinin maddi imkanı buna çatmır. Gəlin birlikdə onun təhsil arzusuna dəstək olaq. Hər bir ianə Aysunun gələcəyinə bir addımdır.

Toplanıb AZN 35.00 / AZN 35.00

Təşəkkür. Tam maliyyələşdirildi.